Modern.az

Müsavatdan AÇIQLAMA: "Qubad İbadoğlu parçalanmaya səbəbkar kimi tarixə düşdü"

Müsavatdan AÇIQLAMA: "Qubad İbadoğlu parçalanmaya səbəbkar kimi tarixə düşdü"

Təhsil

25 Dekabr 2014, 11:59

Sentyabr ayının 27-də keçirilən qurultayda Arif Hacılının yeni başqan seçilməsindən sonra Müsavat Partiyasında başlayan qarşıdurma bir çox tanınmışların partiyadan istefası, bəzilərinin üzvlükdən çıxarılması ilə nəticələndi. Başqanlığa iddialı namizədlərdən biri Qubad İbadoğlunun və onun tərəfdarlarının daha çox səbəbkar olduğu iddia edilən Müsavat daxili çalxalanma hələ də tam səngiməyib. O və tərəfdarları Arif Hacılının başqan seçilməsi prosesində qanunsuzluqlara yol verildiyini iddia etdiklərindən yenidən qurultay keçirilməsini tələb edirlər.  

Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında partiyada indi cərəyan edən proseslərə aydınlıq gətirib. Onun fikrincə, bütün çətinliklərə baxmayaraq, Müsavat Partiyası həmin möhkəmliyini, həmin liderliyini saxlayır:

“Müsavatda seçkinin nəticələrindən narazı qalan az sayda insan var. Bu, sadəcə, demokratiyanı, demokratik seçkini  həzm edə bilməməkdən irəli gəlir. Getdikcə bu məsələ də aydınlaşır və Müsavat Partiyasında ideoloji cəhətdən parçalanma, ayrılma faktı yoxdur. Sadəcə, seçkinin nəticələrindən narazı qalan qüvvələr var”.

“Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Müsavatda baş verən parçalanmalara səbəb olan lider kimi partiyanın tarixinə düşdümü” sualını başqan müavini belə cavablandırıb: 

“Çox-çox təəssüf ki, hazırda həmin qüvvələrə Qubad İbadoğlu rəhbərlik edir. Hesab edirəm ki, yaxın zamanlarda bu məsələ bitəcək və Müsavat da əvvəlki gücünü nümayiş etdirəcək. Bir daha Müsavat Partiyası “dağılır, parçalanır” kimi fikirlərin işlədilməsinə ehtiyac olmayacaq”.


Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı