Modern.az

Zakir Həsənov Bəhreyn Krallığına getdi

Zakir Həsənov Bəhreyn Krallığına getdi

Təhsil

25 Dekabr 2014, 12:04


Dekabrın 25-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.
Modern.az xəbər verir ki, səfər çərçivəsində Bəhreyn kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.
Müdafiə Nazirliyindən bildirilib ki, səfər dekabrın 27-dək davam edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı