Modern.az

Elmar Məmmədyarov Qarabağ barədə iranlı həmkarını məlumatlandırıb

Elmar Məmmədyarov Qarabağ barədə iranlı həmkarını məlumatlandırıb

Образование

16 Fevral 2015, 13:34


"Azərbaycanla İranı tarixi köklər birləşdirir. İki ölkənin münasibətlərini yaxşı qiymətləndirmək olar". Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İranın xarici işlər naziri ilə görüşdə onu  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi barədə məlumatlandırıb.

  Elmar Məmmədyarov xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda səfərdədirlər. “Amma Təəssüflər olsun ki, bu məsələdə heç bir irəliləyiş yoxdur. Biz həmsədrlərlə görüşlərdən sonra bəyanatla çıxış edəcəyik".  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı