Modern.az

Olland, Merkel, Poroşenko Deboltsevodakı gərginliyi müzakirə etdilər

Olland, Merkel, Poroşenko Deboltsevodakı gərginliyi müzakirə etdilər

Təhsil

16 Fevral 2015, 23:46


Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna dövlət başçısı Pyotr Poroşenko telefonla Ukraynadakı böhranı müzakirə ediblər.  

Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, telefon danışığı zamanı liderlər Debaltsevo şəhərindəki döyüşlərə görə narahatlıqları ifadə ediblər.  

Qeyd edək ki, yaranmış gərginliyə görə tərəflər bir-birini ittiham edir. “Normand dördlüyü” formatında Minskdə keçirilən görüşün nəticəsinə görə isə fevralın 15-dən etibarən Ukraynanın şərqində atəşkəs rejimi qüvvəyə minməli olsa da, döyüşlər davam edir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı