Modern.az

“İçərişəhərdə modernləşmə aparılmalıdır” - Milli Məclisin komitə sədri

“İçərişəhərdə modernləşmə aparılmalıdır” - Milli Məclisin komitə sədri

Təhsil

17 Fevral 2015, 10:12

“İçərişəhər qədimliyini qoruyub saxlayır. Orda aparılan təmir-tikinti işlərinin aparılması o demək deyil ki, ərazi tarixi keçmişini itirir. Bunun üçün müasir texnologiyalardan istifadə olunaraq bərpa işləri həyata keçirilir. İstər-istəməz qədimliyi olduğu kimi saxlamaq mümkün deyil. Çünki olduğu kimi saxlasaq, hər şey dağlıb gedər”.

Bu barədə Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “İçərişəhər qədimlyini itirir” fikrinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, istənilən tikili müəyyən vaxta qədər yaşaya bilir: “Onu əbədi saxlamaq üçün mütləq yeniləmək, modernləşdirmək lazımdır. Əks təqdirdə, lazımi tarixi funksiyasını yerinə yetirə bilməz. Doğrudur, müxtəlif vaxtlarda İçərişəhərdə nöqsanlar olub. Məsələn, köhnə tikililərin bərpa edə bilməyiblər, ya da laqeydlik göstərilib. Onları söküb yerinə tamam fərqli şeylər tikiblər. Bu faktları danmaq olmaz, əslində problem onlardır”.

Komitə sədrinin sözlərinə görə, tez-tez sözügedən ərazidə olduğundan “İçərişəhər öz simasını itirir” fikriylə razılaşmır: “Mən İçərişəhərdə çox olduğumdan deməzdim ki, ərazi qədimlik baxımından öz simasını itirib. Elə tikililər var, baxanda bilirsən ki, məsələn, qeyd olunduğu kimi 16-cı əsrdə möhkəm texnologiyalarla tikilməyib, onların yenidənqurulmasına ehtiyacı var”.

Nizami Cəfərovun fikrincə, İçərişəhərdə hər şey yerli-yerindədir: “Şirvanşahlar dövründə tikilən əsas tikililər kifayət qədər yaxşı təmir olundu və ümumilikdə hər şey yerindədir. Hesab edirəm ki, mümkün qədər modernləşmə aparılmalıdır ki, maraqlı olsun. “Saxlayaq, əl vurmayaq, qədimliyi itməsin” düşüncəsi ilə hərəkət etsək, İçərişəhərdən heç nə qalmaz, bu mümkünsüzdür”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı