Modern.az

Bakıdakı valyutadəyişmə məntəqələri dollardan niyə imtina edir?

Bakıdakı valyutadəyişmə məntəqələri dollardan niyə imtina edir?

Təhsil

23 Fevral 2015, 12:57


Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın ayının 21-dən 24-dək, yəni bu günün sonuna kimi  1,05 manat səviyyəsində qalacaq.  Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından kommersiya banklarına göndərilən yazılı bildirişdə qeyd edilib.

Mərkəzi Bankın sədr müavini Aftandil Babayevin imzası ilə göndərilən məktubun mətnində deyilir: "21 fevral 2015-ci il tarixində dərc olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni" 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə olacaq”.

Bəzi məlumatlara görə, sabahdan Azərbaycan banklarında manatla dolların məzənnəsində yeni dəyişikliklər olacaq. Bu məlumatlarda dolların məzənnəsinin bir qədər aşağı salınacağı qeyd olunur.
Modern.az saytının əməkdaşı bu gün bəzi valyutadəyişmə məntəqələrinə baş çəkərkən dolların qəbulundan imtina edildiyinin şahidi olub. Halbuki, normalda bu məntəqələr bahalaşan dolların qəbuluna böyük maraq göstərməlidir.
Qeyd edək ki, son günlər əhali əlindəki manat vəsaitlərini banklarda dollara dəyişməyə cəhd edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı