Modern.az

“AMEA kommersiya qurumu deyil, büdcədən maliyyə ayrılmalıdır” - İsa Həbibbəyli

“AMEA kommersiya qurumu deyil, büdcədən maliyyə ayrılmalıdır” - İsa Həbibbəyli

Образование

24 Fevral 2015, 17:18


“Dünyada gedən proseslərlə bağlı yeni zərurətlər meydana gəlib. Dünyada akademiyalara qayıdışın müxtəlif formalarını müşahidə etmək olar”.

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin bugünkü iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli deyib. O bildirib ki, qanun layihəsində elm adamları üçün müsbət sayıla biləcək müddəalar çoxdur. İsa Həbibbəylinin sözlərinə görə, qanun layihəsində elmi innovasiya, elmi müəssisələrin inkişafına şərait yaradılması nəzərdə tutulub:
“Amma bir sıra təklifimiz da var. Birincisi budur ki, qanun layihəsi elm və təhsilin inteqrasiyasına önəm verir. Amma boşluqlar da var. Bu qanun layihəsində Elmlər Akademiyasında magistratura təhsilinin keçirilməsi nəzərdə tutulmayıb. Bundan başqa, elmi sifarişlərin kommersiya üsulu ilə həyata keçirilməsi nəzərdə tutulur. Elmlər Akademiyası isə kommersiya qurumu deyil. Buna görə də təklif edirəm ki, dövlət büdcəsindən maliyyə ayrılması məsələsi də əlavə edilsin”.  

Aqşin Kərimov
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı