Azərbaycan Nyu-York Assosiasiyası, digər Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Xocalı soyqırımının 23-cü ildönümü günü Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısında aksiya keçiriblər.
Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, aksiya sonradan BMT-nin mənzil qərargahı önündə davam edib. İnsan hüquqlarını kobud, sistemli və kütləvi şəkildə pozan Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal girovluqdan azadlığa buraxılmasın tələb edilib.

