
Fil Dişi Sahilində məhkəmə ölkənin keçmiş birinici ledisi Simona Qbaqboyu 20 il müddətinə azadlıqdan məhrum edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qbaqbo 2010-2011-ci illərdə 3 min insanın ölümünə səbəb olan siyasi böhran zamanı ölkənin milli təhlükəsizliyini təhlükə altına almaqda ittiham olunur. 2014-cü ilin sonlarından davam edən məhkəmə prosesində Qbaqbonun günahı tam sübut olunub və 65 yaşlı keçmiş birinici lediyə 20 il həbs cəzası verilib.
2010-cu ilin noyabrında 10 il ərzində Fil Dişi Sahilinin prezidenti səlahiyyətlərini icra edən Loran Qbaqbo seçkilərdə Assalan Uattareyə məğlub olsa da, postunu təhvil verməkdən imtina etmişdi. O, yalnız qanlı toqquşmalardan sonra 2011-ci ilin mayında təslim olub. 2015-cü il iyulun əvvəllərində Loran Qbaqbonun beynəlxalq cinayət məhkəməsində mühakiməsi başlanacaq. Onun xanımı Simona Qbqaqbo isə 2012-ci ilin noyabrında həbs olunub.
Modern.az