Martın 11-12-i tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın “Mədəniyyət, İnformasiya, turizm və idman üzrə” daimi komissiyasının iclası keçiriləcək. Modern.az xəbər verir ki, Azərbaycanı bu iclasda Milli Məclisin deputatı, qeyd olunan daimi komissiyanın üzvü Rauf Əliyev təmsil edəcək.
Qeyd edək ki, iclasda mədəniyyət, informasiya, turizm və idman sahəsinə aid 22 müxtəlif məsələ müzakirə olunacaq.
Modern.az