Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

13 Mart 2015, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava gecə əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, lakin axşama doğru əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı proqnozlaşdırılır, Qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı