Modern.az

Müəllimlər sabitliyi pozmağa çalışanlara cavab verəcəklərini bəyan etdilər- FOTO

Müəllimlər sabitliyi pozmağa çalışanlara cavab verəcəklərini bəyan etdilər- FOTO

Təhsil

13 Mart 2015, 18:30

 

Azərbaycan Respublikası Təhsil Problemləri Institutunda “inklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki,  150-dən artıq pedaqoq alim və müəllimin iştirak etdiyi tədbirdə bu sahənin aktual problemləri mütəxəssislər tərəfindən geniş müzakirə olunub.

İnstitutun direktoru Qulu Novruzov giriş nitqi ilə çıxış edərək problemin aktuallığını xüsusi vurğulayıb. Müzakirələrdə iştirak edən institutun əməkdaşları bilavasitə bu sahə üzrə Belarus Dövlət Universitetinin müdavimi Lalə İmanova, Oslo Universitetinin müdavimi Fərid Süleymanov, Təhsil Nazirliyinin əməkdaşı Anar Xələfov, Uşaq Psixonevroloji Mərkəzinin baş həkimi İradə Musayeva, Gözdən "lillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, BDU-nun professoru Mais Əliyev və başqaları inklüziv və xüsusi təhsillə bağlı reallıqlardan və perspektivlərdən danışıblar.

Çıxış edənlər uşaq əlilliyinin qarşısının alınması ilə bağlı ölkə prezidentinin apardığı ardıcıl və sistemli işləri xüsusi vurğulayıblar.

Qeyd olundu ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə qaldırılan, nikaha girən şəxslərin məcburi tibbi arayış təqdim etməsi məsələsi uşaq əlilliyinin qarşısının alınmasında xüsusi rol oynayacaq. Bildirilibki, respublikada bu gün 64 minə yaxın əlil uşaq mövcuddur. Aparılan peşəkar və gündəlik işlərə baxmayaraq, bu qrup uşaqların yarısı təhsildən kənarda qalır. İnklüziv təhsilə daha çox diqqət göstərildiyindən, xüsusi və evdə təhsil arxa plana keçir.

Nöqsanlardan biri kimi bu sahədə çalışan müəllimlərə köməkçi ştatlarının və inklüziv təhsilin ali məktəblərdə olmaması vurğulanıb.

Digər fikir isə, problemin müsbət və keyfiyyətli həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil və Səhiyyə nazirliklərinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət komitələrinin fəaliyyətlərinin əlaqələndirilməsinin daha da yaxşılaşdırılması olub. Tədbirdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevanın çıxışlarında bu sahədə hüquqi bazanın formalaşması və mövcud reallıqlar öz əksini tapır. 

Onlar qeyd ediblər ki, indi xüsusi təhsilə cəlb edilən müəllimlər daha yüksək əmək haqqı alırlar. Müəllimlərin bütövlükdə əmək haqqının iki dəfə artırılması ilə bağlı prezident sərəncamı və bu sahədə Təhsil Nazirliyində aparılan işlərdən də söhbət gedib. Sonda müəllimlər, pedaqoq alimlər prezident İlham Əliyevin onlara xüsusi qayğı və diqqət göstərdiyini qeyd ediblər. Müəllimlər qaraguruhçu və araqızışdıran, sabitliyi pozmağa çalışan qüvvələrə layiqli cavab verəcəklərini bildiriblər.

Sonda qeyd olunub ki, müəllim ordusu daim prezident İlham Əliyevin yanındadır, onun elm və təhsilin gələcək inkişafı ilə bağlı apardığı siyasəti, islahatları ürəkdən dəstəkləyir və bəyənirlər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı