
Bu gün medianın gündəmini zəbt edən Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva növbəti açıqlaması ilə hamını təccübləndirib.
Modern.az-ın məlumatına görə, Ü.İsayeva Facebook-da yazdığı statusda döyülməyini təkzib edib.
“Əziz dostlarım və "dostlarım", hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç nədən xəbəri olmayaraq, pressada verilən informasiyanın nə dərəcə düzgün olub-olmadığını bilməyərək ağzını qara açan millətə üz tutub demək istəyirəm ki, həmin videonun mənə və mənim ailəmə heç bir aidiyyati yoxdur, mən heç kəs tərəfindən döyülməmişəm. Mənə dəstəyini göstərən bütün tanıdığım və tanımadığım insanlara dərin təşəkkürlərimi bildirmək istəyirəm. Yaxşı ki, varsınız!”.
Ü.İsayeva onun döyən qardaşlarla dost olduğunu vurğulayıb: “Mənim Zaurla və Elinlə heç bir problemim yoxdur, onlar mənim çox yaxın insanlarımdır”.
Baş Prokurorluğun məlumatına görə isə H.İsaxanlının qızı Zaur və Elin Məmmədov tərəfindən döyülüb. Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova bu əməllərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxıb. Hakimin bu qərarından prokurorluq protest verib. Qardaşların işinə bu gün Apelyasiya Məhkəməsində baxılıb. Martın 17-də məhkəmədə qərar qəbul olunmayıb və növbəti iclas sabaha təyin olunub.
Modern.az