Modern.az

Azay Quliyevlə daha bir izdiham ®

Azay Quliyevlə daha bir izdiham  ®

Təhsil

23 Oktyabr 2010, 20:49

46 saylı Şirvan seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Azay Quliyev seçicilərlə görüşünü davam etdirir. Seçki qərargahının tərtib etdiyi qrafikə uyğun olaraq, bu gün deputatlığa namizəd Tofiq İsmayılov küçəsində seçicilərilə görüşdü.

A.Quliyevlə böyük coşqu və ruh yüksəkliyi ilə keçən görüşdə bu dəfə də böyük izdiham yaşandı. Bugünkü görüşü açıq elan edən qərargahın üzvü Təranə Əhmədova  ötən beş ildə şirvanlıları Milli Məclisdə təmsil etmiş Azay Quliyevin fəaliyyəti haqqında qısa məlumat verdi. Tədbirdə deputatlığa namizədin vəkili, Şirvan şəhərinin hörmətli ağsaqqallarından biri Yaqub Salmanov da çıxış edərək, Azay Quliyevin yüksək intellektual və mədəni səviyyəsi, onun deputatlıq fəaliyyəti zamanı Şirvanlılara göstərdiyi böyük diqqət və qayğıdan danışdı.

Görüşdə çıxış edən Azay Quliyev verdikləri dəstəyə görə öz seçicilərinə təşəkkür edərək, görülmüş işlər haqqında onların qarşısında ətraflı hesabat verdi. A.Quliyev dedi ki, deputatlıq fəaliyyəti ərzində Şirvan və şirvanlıların problemlərini daim diqqət mərkəzində saxlamış və onlardan böyük əksəriyyətinin həllinə yardımçı olmuşdur.

A.Quliyev yerinə yetirilmiş işlər haqqında hesabat xarakterli bülletenin nəşr edildiyini və artıq seçicilərə paylandığını qeyd edərək, görülən işlərdən yalnız bir neçəsini sadaladı. Deputatlığa namizəd Şirvan seçicilərini  etimad göstəriləcəyi təqdirdə bundan sonra da ləyaqətlə təmsil edəcəyini və onlara daim diqqət və qayğı göstərəcəyini bildirdi.

Çıxış edən şəhər sakinləri noyabrın 7-də seçkilərə gələrək Azay Quliyevə səs verəcəklərini və  onun başladığı işin davamına dəstək olacaqlarının bildirdilər.

 


Azay Quliyevin seçki qərargahı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı