Modern.az

Piyadanı maşın vurdu

 Piyadanı maşın vurdu

Təhsil

23 Sentyabr 2015, 01:10

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, hadisə rayonun Qənbərli yolunda qeydə alınıb.  İmişli şəhəri, Pənah Həsənov küçəsi, 94 ünvanında yaşayan, 1954-cü il təvəllüdlü Mübariz Baloğlan oğlu yolu keçərkən "Niva" markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı