Modern.az

Azərbaycanda DƏHŞƏT: Qaynata gəlinlə birləşib oğlunu öldürdü

Azərbaycanda DƏHŞƏT: Qaynata gəlinlə birləşib oğlunu öldürdü

Eğitim

6 Oktyabr 2015, 16:30

Azərbaycanda 14 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb. APA-nın əldə etdiyi məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki tualet quyusuna atıblar.

Araşdırmalar zamanı Həsən Əliyevlə Yeganə Ərəbova arasında sevgi münasibəti olduğu, hadisəni də buna görə törətdikləri məlum olub.     

Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı