Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 10-da hava şəraitinin buludlu, arabir yağıntılı olacağı, şimal küləyinin əsəcəyi və gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 10-da havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1dərəcəyədək isti olacaq.