İyunun 14-ü Azərbaycandakı bütün orta məktəblərdə “Son zəng” tədbiri keçiriləcək.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda bu il nə qədər şagirdin XI sinfi bitirdiyi barədə rəqəmlər əks olunub.
Bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini -110 638 nəfər, XI siniflərini -84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.
2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.
Namidə BİNGÖL