Modern.az

“AST” Telman qurultaya 1 milyon dollarlıq maşınla gəlib

“AST” Telman qurultaya 1 milyon dollarlıq maşınla gəlib

Təhsil

5 İyul 2011, 12:45


Məşhur azərbaycanlı milyarder Telman İsmayılov Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlib. Məşhur milyarder jurnalistlərə açıqlama verməyib. (APA)

T.İsmayılov qurultayın keçirildiyi Heydər Əliyev Sarayına özünün “Rolls-Royce Phantom” avtomobili ilə gəlib. Xüsusi sifarişlə hazırlanmış, 1 milyon ABŞ dollarından baha olan avtomobil Türkiyədən təyyarə ilə gətirilib. Maraqlıdır ki, maşına Azərbaycan nömrə nişanı vurulub.

Hazırda Türkiyədə yaşayan T.İsmayılov bu ölkədəki 1,4 milyard dollarlıq “Mardan Palace” otelinin sahibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin və Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidentidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok