BMT Baş Assambleyasındakı səsvermə nəticəsində Qvatemala, Mərakeş və Pakistan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib. Qırğızıstan seçkilərdən kənarda qalıb, Azərbaycan isə mübarizəni növbəti turda davam etdirəcək.
Xatırladaq ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa) başqa, 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü də var. Daimi üzvlərdən fərqli olaraq, müvəqqəti üzvlərin veto hüququ yoxdur.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin növbəti raundu oktyabrın 24-də keçiriləcək.