Modern.az

Zaqatalada 6 bal gücündə zəlzələ olub

Zaqatalada 6 bal gücündə zəlzələ olub

Təhsil

18 May 2012, 22:10

Azərbaycanın şimal-qərb bölgəsində güclü zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, bu gün Zaqatala rayonunda növbəti dəfə zəlzələ olub. Ilkin məlumatlara əsasən yeraltı təkan yerli vaxtla saat 19:46:33-də Zaqataladan 15 km cənubda qeydə alınıb. Episentirdə (12 ballıq cədvəl üzrə) 6.0 bal. Zaqatalda və ocağa yaxın məntələrdə 5.0 bal və 4.0 bal gücündə hiss olunub. İnsan təlafatı yoxdur.

****

Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok