Modern.az

Şair Adil Babayev haqqında kitab təqdim olundu - FOTOLAR

Şair Adil Babayev haqqında kitab təqdim olundu - FOTOLAR

7 İyun 2012, 18:59

Bu gün “Natavan Klubu”nda Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə şair Adil Babayevin  həyat və yardıcılğına həsr olunmuş kitabın təqdimatı olub. Sona Xəyalın müəllifi olduğu kitabda  şairin yaradıcılığı araşdırılıb. Tədbiri giriş sözü ilə açan şair Fikrət Qoca Adil Babayev haqqında  xatirələri  bölüşmək üçün qonaqlara  söz verib. 
Səməd Vurğunun Adil Babayevə ithaf etdiyi “Şair, nə incədir, rübabın sənin!” misralı şeiri dönə dönə-dönə səsləndirən qonaqlar şairin şəxsiyyət və yaradıcılığı haqqında danışıblar.
Tədbirin sonunda çıxış edən telejurnalist Etibar Babayev də öz növbəsində atası ilə bağlı xoş xatirələri  yada salıb, səsləndirlən xoş fikirlərə görə, tədbir iştirakçılarına təşəkkür edib.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi