Ermənistanın müdafiə naziri Seyran Ohanyan yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Modern.az-ın erməni mətbuatına istinadən yaydığı məlumata görə, Ohanyan NATO toplantısında iştirak edəcək. Ohanyanın Türkiyə səfəri barədə KİV-də yayılmış məlumatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.
NATO toplantısında iştirak etmək üçün ABŞ-ın müdafiə naziri Robert Geyts artıq İstanbuldadır
.