Modern.az

Bakıdan Türkmənistana gedən yük gəmisindən 1 nəfər dənizə düşüb

Bakıdan Türkmənistana gedən yük gəmisindən 1 nəfər dənizə düşüb

18 Fevral 2010, 13:05

17 fevral 2010-cu il tarixində saat 09:30 radələrində Bakı-Krasnovodsk marşrutu ilə hərəkət edən Xəzər Dəniz Gəmiçilik İdarəsinə məxsus "Qarabağ" yük gəmisindən 1 nəfər dənizə düşmüşdür. Modern.az-ın məlumatına görə. bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib. Həmin şəxsin axtarışlarına nazirliyin Aviasiya dəstəsinin 1 vertolyotu və Xəzər Dəniz Neft Donanmasının 2 gəmisi cəlb edilib. Hazırda axtarışlar davam edir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək