Modern.az

Yanğın olan məktəb distant təhsilə KEÇDİ

Yanğın olan məktəb distant təhsilə KEÇDİ

Təhsil

7 Yanvar 2022, 09:44

Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

 

Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, yanğın məktəbin ikinci mərtbəsində qeydə alınıb:

 

"Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb".

 

Bildirilib ki, bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik