Modern.az

Gənc müəllim intihar etdi

Gənc müəllim intihar etdi

21 Yanvar 2022, 13:41

Göyçay rayon sakini Gülnar Yusifova özünü zəhərləyərək öldürüb.

 

Bu barədə Modern.az-a Göyçay rayon İcra Hakimiyyətinin Ərəbcəbirli kənd nümayəndəsi Nazim Həşimov məlumat verib.

 

O bildirib ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb. Belə ki, Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb.

 

Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən, 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələlik məlum deyil.

 

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvan qarışdı: Xocalı qatili ölkədən qaçdı