Modern.az

İlham Əliyev Abdulla Gülə başsağlığı verib

İlham Əliyev Abdulla Gülə başsağlığı verib

24 Fevral 2010, 21:49

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə mədən partlayışı nəticəsində çoxsaylı insanın ölümüylə əlaqədar olaraq qardaş ölkənin Prezidenti Abdullah Gülə başsağlığı verib.

"Balıkəsir vilayətindəki şaxtada baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"-deyə başsağlığı teleqramında deyilir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok