Azərbaycanda 2013-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsizlik statusu verilmiş şəxslərin sayı 37,13 min nəfər olub. Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqda Milli Məclisə təqdim etdiyi hesabatında bildirilib.
Qeyd olunub ki, işsizlərin 41,9 faizini qadınlar təşkil edir. İşsizliynə görə müavinətin ortaq məbləği 252,3 manatdır.
2013-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə, ölkədə iqtisadi fəal əhalinin sayı 4 mln 686 min nəfər olub. Onlardan 4 mln 445.3 min nəfəri əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edir.
Modern.az