Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradovun imzaladığı əmrə əsasən, Səadət Qəndilova sözügedən ali təhsil müəssisəsinin tələbələrlə iş üzrə prorektoru təyin edilib.
Modern.az yeni prorektor S. Qəndilova haqqında qısa arayışı təqdim edir.
Səadət Tağı qızı Qəndilova orta təhsilini 1957-1967-cı illərdə Bakıdakı 190 saylı orta məktəbdə, ali təhsilini isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki İqtisad Universiteti) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində alıb. 1974-cü ildən universitetdə müəllim işləməyə başlayıb. ADİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədr müavinidir. Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İdarəetmə” bölməsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqallar Şurasının üzvüdür.
Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Modern.az