Bu gün AXCP və Müsavatın partiyalarının sədrləri Əli Kərimli ilə İsa Qəmbər arasında parlament seçkilərində vahid namizəd siyahının razılaşdırılması ilə bağlı sonuncu görüş keçirilib. Bu görüşdə 90-dan artıq seçki dairəsi razılaşdırılıb. Bununla da vahid siyahı müəyyən edilib. Bu barədə Modern.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, sabah AXCP-nin Rəyasət Heyəti və Müsavat Divanı toplanacaq. Burada seçki blokunun elan olunması məsələsi müzakirə ediləcək: “Sabah hər iki partiyanın birləşdiyi seçki blokunun yaradıldığı elan ediləcək”. Müsavat deputat qrupunun üzvləri ilə bağlı yaranmış problem də aradan qaldırılıb. Modern.az