Gələn həftə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Kollegiya iclası keçiriləcək. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda üç əsas məsələ müzakirə ediləcəkdir. Belə ki, Abşeron rayonunda dövlət şəhərsalma-memarlıq nəzarəti qaydasıında komitə tərəfindən aparılan yoxlamanın nəticələri müzakirəyə çıxarılacaq.
Kollegiya seysmika üzrə Tikinti Norma və Qaydalarına əlavə və düzəlişlər edilməsi və layihə işləri üçün üç qiymət toplusunun təsdiqini məsələlərini də müzakirə edəcək.