Noyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Müraciətlərdən 5-i qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılıb, 2-si əsassız olduğundan təmin edilməyib, 1-i ilə bağlı mübahisə predmeti qalmadığından xitam verilib, digərlərinin isə araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.