Modern.az

Türkiyə PKK mövqelərini bombaladı - İraqda

Türkiyə PKK mövqelərini bombaladı - İraqda

Təhsil

18 Fevral 2016, 12:37


Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən PKK mövqelərinə hava zərbələri endirib.

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah İdarəsi məlumat yayıb.  

“Ankara terrorundan 2 saat sonra Şimali İraqın Haftani rayonunda 1 saatlıq hava əməliyyatı keçirilib. Zərbələrin hədəfi terror qruplaşmasının rəhbərinin də aralarında olduğu 60-70 nəfərlik qrup idi”.

Ötən gün Ankarada 28 nəfərin ölümü, 61 nəfərin yaralanması ilə nəticələnən terror aktının Suriya kürdlərinin PYD təşkilatı tərəfindən təşkil olunduğu ehtimal olunur.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et