Modern.az

Kollecin yeni direktoru kollektivə təqdim olundu

Kollecin yeni direktoru kollektivə təqdim olundu

Təhsil

Bu gün, 10:52

Aprelin 16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmrinə əsasən, Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə təyin edilən Vasif Müslümov kollektivə təqdim olunub.

Modern.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Vasif Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb, 30 ildən artıq pedaqoji təcrübəyə malikdir. Son təyinata qədər Şamaxı Dövlət Regional Kollecində tərbiyə işləri üzrə direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən şəxs olub.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova kollecin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb.

Baxış zamanı təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılması, perspektiv inkişaf istiqamətləri, region üzrə ixtisaslı kadr hazırlığının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Sizə yeni x var
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi