Modern.az

Elman Rüstəmov: "Növbəti devalvasiya olmayacaq"

Elman Rüstəmov: "Növbəti devalvasiya olmayacaq"

Təhsil

26 Fevral 2016, 10:33


Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb. "APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

"Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq", - deyə baş bankir bildirib.

Elman Rüstəmov Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

O, deyib ki, bu barədə yayılan şayiələrin əsası yoxdur:

“Görürsünüz ki, son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldı. Həmçinin, müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, stabil qalıb. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir. “Üzən məzənnə”yə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya bağlı deyilənlərin heç bir əsası yoxdur”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et