Modern.az

Gənc alimlərə yeni mükafat təsis edildi

Gənc alimlərə yeni  mükafat  təsis edildi

Təhsil

2 Mart 2016, 18:39

AMEA prezidentinin Gənclər mükafatı təsis edilib.

Modern.az  xəbər  verir  ki , bu barədə qərar akademiyanın Rəyasət Heyətinin (RH) bu gün keçirilən iclasında qəbul edilib. İclasda çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, təsdiq olunan Əsasnaməyə uyğun olaraq, mükafat müsabiqəəsasında yaşı 35-dək olanlar və yaşı 35 olanlar da daxil olmaqla, təbiət və ictimai-humanitar elmlər üzrə xüsusi nailiyyətlər əldə edən gənclərə veriləcək.

Alim qeyd edib ki, namizədlər barədə sənədlər AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılan Ekspert Komissiyasına təqdim ediləcək, daha sonra komissiya irəli sürülən namizədlər sırasından mükafata namizədi seçərək öz rəyini RH-a təqdim etməlidir:

"Namizədlər barədə sənədlər AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılan Ekspert Komissiyasına təqdim ediləcək, daha sonra komissiya irəli sürülən namizədlər sırasından mükafata namizədi seçərək öz rəyini Rəyasət Heyətinə təqdim etməlidir.

Son olaraq namizədin mükafatla təltif edilməsi barədə yekun qərar Rəyasət Heyətində qəbul olunacaq. Qaliblərə müvafiq diplom və 2000 manat məbləğində pul mükafatı verilir”. 

Ağa AKİFOĞLU

 
Twitter
Sizə yeni tvit var
Keçid et