Modern.az

Ərdoğan Avropa Birliyini ittiham etdi

Ərdoğan Avropa Birliyini ittiham etdi

Aktual

13 Avqust 2016, 12:54

“Avropa Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq ediləcəyi barədə vədini tutmadı”.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın "RTL" telekanalına müsahibəsində deyib.

 

Türkiyə prezidenti bildirib ki, əgər Avropa vədinə xilaf çıxsa, Türkiyə Avropa İttifaqı ölkələrindən suriyalı qaçqınları geri qaytarmayacaq.

 

Daha öncə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bəyan etmişdi ki, Ankara bütün tələbləri yerinə yetirdiyi halda Avropa İttifaqı 2016-cı ilin payızından Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər.

 

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı