Modern.az

"Neftçi" Avroliqada mübarizəni dayandırdı - Yenilənib

Aktual

20 İyul 2018, 00:55

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxan “Neftçi” səfərdə böyük hesabla məğlub olub. Modern.az xəbər verir ki, Macarıstan təmsilçisi “Uypeşt”ə 4:0 hesabı ilə məğlub olan “Neftçi” Avroliqada mübarizəni dayandırıb.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyun “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

23:22

 

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxan “Neftçi” səfərdə məğlub olur. Modern.az xəbər verir ki, oyunda hesab 19-cu dəqiqədə açılıb. “Uypeşt”in oyunçusu Litauski fərqlənib. Bundan üç dəqiqə sonra rəqibin oyunçusu Sankoviç “Neftçi”ni yenidən meydanın mərkəzinə dəvət edib. Hazırda “Neftçi” Macarıstan təmsilçisinə 2:0 hesabı ilə məğlub olur.

 

22:18

 

Macarıstanın paytaxtı Budapeştdə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Uypeşt" və "Neftçi" komandalarının start heyəti açıqlanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

 

"Uypeşt":

1. Filip Payoviç, 5. Robert Litauski (kap.), 6. Obinna Emmanuel Nvobodo, 10. Donat Joter, 14. Alassan Diallo, 18. Boyan Sankoviç, 19. Miyuşko Boyoviç, 26. Daniel Nagi, 49. Branko Paulyeviç, 68. Cenan Burekoviç, 86. Soma Novotnı

 

"Neftçi":

1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 9. Baqali Dabo, 10. Dario Frederiko, 15. Ruslan Abışov (K), 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 28. Slavko Braliç, 93. Soni Mustivar

 

Qeyd edək ki, "Ferents Şuşa" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı