Bakı və Abşeron yarımadasında yenə toz dumanı müşahidə olunur.
Modern.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə, 25 iyul 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan dörd dəfə yuxarı olduğu qeydə alınıb.
Buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.
Qeyd edək ki, atmosferdəki toz-duman 27 iyul 2018-ci il tarixinədək müşahidə olunacaq.