Modern.az

İsrail hərbçiləri müsəlmanların müqəddəs məkanına hücum etdi

İsrail hərbçiləri müsəlmanların müqəddəs məkanına hücum etdi

Aktual

27 İyul 2018, 15:32

İsrail polisi Qüdsdəki Əl-Əqsa məscidinə hücum edib.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, polis camaatın məsciddə cümə namazı qılmasından sonra onlara hücum edib.

 

Polisin insanlara qarşı səs bombası və göz yaşardıcı qazdan istifadə etdiyi bildirilir.

 

Qeyd edək ki, Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. 

 

Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.  Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı