Modern.az

“El-Klassiko” azarkeşlərsiz keçirilə bilər

“El-Klassiko” azarkeşlərsiz keçirilə bilər

Aktual

29 Fevral 2020, 19:56

İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçiriləcək "Real Madird" - "Barselona" matçı təxirə salına bilər.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, bunu İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas deyib.

 

O,  "El-Klassiko"nun boş tribunalar önündə keçirilməsini də istisna etməyib.

 

"Madriddə koronavirus aşkarlanarsa, o zaman "El Klasiko"nu azarkeşsiz keçirmək və ya təxirə salmaq kimi variantlara əl ata bilərik", - deyə Tebas bildirib.

 

Qeyd edək ki, "Real-Madrid" - "Barselona" qarşılaşması sabah Bakı vaxtı ilə 00:00-da start götürməlidir.

 

Xatırladaq ki, mövsümün ilk "El-Klassiko"su "Kamp Nou"da qolsuz bərabərliklə başa çatmışdı.

 

Hazırda "Barselona" 55 xalla turnir cədvəlinə başçılıq edir. "Real Madrid" isə 53 xalla ikinci pillədə qərarlaşıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı