Modern.az

“Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır” - Deputat

“Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır” - Deputat

Aktual

5 İyun 2021, 18:11

“Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar və səmərəli oldu. Millət vəkilləri bu dövrdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər”.

 

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub”.

 

Millət vəkilinin sözlərinə görə, parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı surətdə öz işini davam etdirib, qanun layihələrinin geniş müzakirələrini təşkil edib. Sahibə xanım Qafarovanın uğurlu rəhbərliyi ilə  parlament başa vurduğumuz yaz sessiyasında  öz vəzifələrinin öhdəsindən layiqincə gəlib. Bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox mühüm qanunlar qəbul olunub. Faydalı diskussiyalar şəraitində dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə və rifahına xidmət edən mühüm dövlət sənədlərinə, məcəllə və hüquqi aktlara müvafiq dəyişikliklər edilib. Milli Məclisin yaz sessiyası çərçivəsində deputatların xaricdəki həmkarları ilə videokonfrans formatında bir sıra görüşlər keçirməsi, müxtəlif məsələlərlə bağlı məhsuldar danışıqlar aparması, bir sıra xarici səfərlərin reallaşması parlamentimizin diplomatik uğurlarda mühüm rol oynadığını təsdiqləyir.

 

Deputat həmçinin təmsil olunduğu Elm və təhsil komitəsinin də yaz sessiyası ərzində səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

“Bu dövrdə komitəmiz Bəxtiyar müəllimin başçılığı ilə çox səmərəli fəaliyyət göstərib, vacib qanun layihələri müzakirə edərək parlamentin plenar iclasına tövsiyə edib. Eləcə də bəzi qanunlarla bağlı ictimai müzakirələr təşkil olunub. Komitəmiz çox mühüm sahələrlə əlaqədar qanunvericilik aktarının hazırlanması və müzakirəsi ilə məşğul olur. Məlumdur ki,  elm və təhsil hər bir dövlətin və cəmiyyətin inkişafında mühüm amildir. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Bu gün Prezidentimiz İlham Əliyev ölkəmizdə elm və təhsilin inkişafına xüsusi diqqət yetirir. Xüsusilə təhslimizin maddi-texniki bazasının gücləndirilməsi, dünya təhsilinə inteqrasiyası istiqamətində sistemli addımlar atılır. Gənc nəslin yüksək biliklərə sahib olması, vətənpərvər ruhda yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi və s. addımlar bu qəbildəndir. Əlbəttə ki, bu prosesdə Milli  Məclis və onun Elm və təhsil komitəsi də özünün  töhfələrini verirb. Qeyd etmək istəyirəm ki, biz yaz sessiyası ərzində bir neçə dəfə “Ali təhsil haqqında” qanun layihəsini müzakirə etmişik. Belə bir qanun sosial sifarişdir və cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Bütövlükdə isə, yas sessiya ərzində komitəmiz tərəfindən çoxlu sayda qanun layihələri geniş müzakirə edilib. Bütün bunlar yaz sessiyası ərzində komitəmizin uğurlu fəaliyyətini təsdiqləyən məqamlardır”.

 

“Yaz sessiyasında önəmli olan məqamlardan biri Nazirlər Kabinetinin, Ombudsmanın, Hesablama Palatasının, Bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın hesabatlarının, əvvəlki ilin dövlət büdcəsi müzakirəsi oldu. Biz  qanunvericilik fəaliyyətində fəal iştirak etməklə bərabər, daim öz seçicilərimizlə sıx təmasda olduq, onlarla davamlı görüşlər keçirdik, vətəndaşları narahat edən məsələlər plenar iclaslarda qaldırıldı, aidiyyəti orqanların diqqətinə çatdırıldı. Biz bundan sonra da qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizlə çalışacağıq”, -deyə Fatma Yıldırım vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı