Modern.az

Gəncə Dövlət Universitetin tələbələri 1-ci oldular - FOTOLAR

Gəncə Dövlət Universitetin tələbələri 1-ci oldular - FOTOLAR

Aktual

9 İyun 2021, 09:44

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşşəbbüsü ilə Gəncədə Fəaliyyət göstərən Ali və orta ixtisas məktəbləri arasında, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı intelektual yarış təşkil olunub.

 

Modern.az xəbər verir ki, YAP Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən hər biri beş nəfərdən ibarət olan beş komandanın qatıldığı bilik yarışında iştirakçılar Ümummilli liderin həyatından, siyasi fəaliyyətindən, qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərdən verilən sualları cavablandırıblar. Komandalar  münsiflər heyyəti tərəfindən qiymətləndirilib.

 

Gərgin keçən bilik yarışında Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıblar.

 

YAP Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən növbəti şahmat və tennis yarışlarında Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət şahmat və tennis üzrə komandaları yenə də  bütün rəqiblərinə böyük xal fərqi ilə qalib gələrək birinci yerə layiq görülüblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı