Modern.az

"Taliban" birlikləri Pəncşirdə darmadağın edildi

مورد توجه

5 Sentyabr 2021, 13:08

Əfqan jurnalisti, müqavimət ordusunun sözçüsü Fahim Daşti sosial mediada bildirib ki, min nəfərlik "Taliban" hərbi qrupu dünən Pəncşir bölgəsinin şimal-şərqində blokadaya alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" yazır.

 

"Gecə və bu səhər qrupun əksəriyyəti məhv edilib. Qaçanlar isə müqavimət qüvvələrinin köməyi ilə yerli əhali tərəfindən tutulub", - o qeyd edib.

 

Müqavimət ordusunun məlumatına görə, "Taliban" Pəncşir əleyhinə 6 istiqamətdən 20 mindən çox silahlı səfərbər edib.

 

Taliban nümayəndələri baş verənləri hələ şərh etməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı