Modern.az

Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

مورد توجه

5 Sentyabr 2021, 13:13

Ekologiya və Təbii sərvətlər Nazirliyi hava şəraitinin dəyişməsi barədə xəbərdarlıq edib.

 

Modern.az-ın məlumatına görə, sentyabrın 6-sı axşamdan 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 7-si axşam, 8-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

 
 

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşamdan 8-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən, dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur.

 

Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı,bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı