Modern.az

Türkiyənin silah satışları rekord QIRDI

Türkiyənin silah satışları rekord QIRDI

Aktual

3 Yanvar 2022, 21:54

Türkiyə müdafiə və aviasiya sənayesi sektoru ötən il 3,2 milyard ABŞ dolları həcmində məhsul və xidmət satıb.

 

Modern.az xəbər verir ki, bu barədə 61 müxtəlif sektordan olan 95 mindən çox şirkətin məlumatlarını toplayan Türkiyə İxracatçılar Məclisinin (TİM) yaydığı məlumatda qeyd olunub.

 

2019-cu ildə ixrac rekordu qıran Türkiyənin bu sektoru 2020-ci ildəki pandemiya şərtləri ilə bağlı fasilədən sonra 2021-ci ildə rekordunu yeniləyib. 2019-cu ildə 2 milyard 740 milyon dollar, 2020-ci ildə isə 2 milyard 279 milyon ABŞ dolları dəyərində silah və texnika satıb.

 

Türkiyənin ən çox silah satdığı ölkələr ABŞ, Azərbaycan, Qətər, BƏƏ, Mərakeş və Almaniya olub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı