Modern.az

Əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

Əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

Aktual

5 Yanvar 2022, 09:05

Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

 

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.

 

Polis hadisənin təfərrüatını araşdırır.(Report.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı