Modern.az

Türk Dövlətləri Təşkilatının sabahkı iclasının GÜNDƏLİYİ

Türk Dövlətləri Təşkilatının sabahkı iclasının GÜNDƏLİYİ

مورد توجه

10 Yanvar 2022, 15:20

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclasının gündəliyi məlum olub.

 

Modern.az-ın xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, təşkilata sədrlik edən Türkiyənin təşəbbüsü ilə keçiriləcək iclasda TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçıları iştirak edəcək.

 

İclas yanvarın 11-də videokonfrans formatında keçiriləcək.

 

İclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq.

 

İclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı