Modern.az

ATƏT sədri Ermənistanla Azərbaycan arasındakı situasiyadan narahatdır

ATƏT sədri Ermənistanla Azərbaycan arasındakı situasiyadan narahatdır

Aktual

13 Yanvar 2022, 14:05

ATƏT-in fəaliyyətdə olan sədri və Polşanın xarici işlər naziri Zbiqnev Rau qurumun Daimi Şurasında çıxışı zamanı Cənubi Qafqazdakı vəziyyətə toxunub.

Modern.az xəbər verir ki, Zbiqnev Rau Azərbaycanla Ermənistan arasındakı situasiyanın narahatlıq doğurduğunu vurğulayıb.

 

O bildirib ki, ATƏT Qarabağ münaqişəsinin başa çatması fonunda Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün əldə olunması üzrə tədbirləri gücləndirməlidir.

O bildirib ki, bütün bunlar regionun hərtərəfli inkişafına xidmət edəcək.

Zbiqnev Raunun sözlərinə görə, ATƏT regionunda müharibə riski son 30 ildəkindən daha çoxdur.


 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı