Modern.az

Agentlikdən 10 günlük HESABAT

Agentlikdən 10 günlük HESABAT

Aktual

17 Yanvar 2022, 17:30

2022-ci ilin ilk on günlüyündə paytaxtın nəqliyyat sistemində bir sıra layihələr icra edilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri eləcə də müvafiq təhlillərin nəticələri əsas götürülərək 9 müntəzəm marşrut xəttinin hərəkət sxemi optimallaşdırılıb:

 

“Bakınaxov qəsəbəsindən metronun “Qara Qarayev” stansiyası istiqamətində gediş-gəlişi asanlaşdırmaq məqsədilə bir yeni marşrut xətti təşkil edilib.

 

10 küçə və prospektdə səki boyunca dəmir məhəccər quraşdırlıb. Bir küçədə isə piyada səkiləri ideal formada tam təmir edilib. Nəticədə piyadaların hərəkət təhülkəsizliyi səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Piyada təhlükəsizliyi nəzərə alınaraq 12 küçə və prospektdə piyada zolaqları yenilənib. 4 yerdə isə yeni piyada keçidləri təşkil edilib. Nətciədə yol şəraiti yaxşılaşdırılıb, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin başvermə riski azalıb”.

 

Rəsmi məlumata görə, hesabat dövründə 25 küçə və prospektdə 120-ə yaxın yol nişanı quraşdırılıb. Yol iştirakçılarının rahat və təhlükəsiz hərəkəti təmin edilib. Yol nəqliyyat hadisələrinin başvermə riski azalıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı